reklam
Bakıdakı stadionun ot örtüyü dəyişdirilir -
Sportfm.az xəbər saytı

Bakıdakı stadionun ot örtüyü dəyişdirilir -Tender


AFFA "Səbail" klubunun ev oyunlarını keçirdiyi Bayıl stadionunun sıradan çıxmış ot örtüyünü dəyişdirəcək.

Sportfm.az xəbər verir ki, milli assosiasiya bununla bağlı tender elan edib. 105mX68m ölçülü süni örtüklü futbol meydanları Mingəçevir və Tovuzda da salınacaq. 

Tenderə 10 dekabr saat 17:00-da yekun vurulacaq. Qalib şirkət üçün quraşdırma tarixləri kimi aprel - iyun 2022-ci il müəyyənləşdirilib.   

Qeyd edək ki, Bayıl stadionunda ot örtüyünün hazırkı durumu Azərbaycan Premyer Liqasındakı digər komandaların narazılığı ilə qarşılanıb. Onlar etirazlarını vaxtaşırı dilə gətiriblər.  

 

Oxşar xəbərlər

AFFA tender elan etdi - Mingəçevirdə meydança salır
Gəncədə Futbol Akademiyası inşa ediləcək - Tender elan olundu
AFFA tender elan etdi - AVRO-2020 üçün
"Bayıl Arena"nın adı dəyişdirildi
Ən azı 10 stadion ot örtüyü ilə təmin ediləcək - Azərbaycanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər