reklam
Samboçularımız 4 min dolların peşində -
Sportfm.az xəbər saytı

Samboçularımız 4 min dolların peşində -Dünya çempionatı


Bu gün Özbəkistanın paytaxtı Daşkənddə sambo üzrə dünya çempionatı start götürəcək.

Sportfm.az əbər verir ki, artıq bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, yarışda iştirak edəcək Azərbaycan samboçularının da ilk rəqibləri bəlli olub.

58 kq

1/8 final: Eyvaz Baxşıyev - Azat Amanbekov (Qırğızıstan)

64 kq

1/8 final: Mirfəttah Seyidəliyev - Erdenemiqmar Bekje (Monqolustan)

71 kq

1/8 final: Kamran Əsgərov - Yevgeni Sayapin (Belarus) / Kakageldi Yengebayev cütünün qalibi

79 kq

1/8 final: Abdulla Abdullayev - Uali Kurjyev (Rusiya)

88 kq

1/8 final: Ceyhun Hüseynov - Sadu Abubakar (Niger) / Tsimafey Yemelyanov (Belarus) cütünün qalibi

İlk yarış günündə Baxşıyevlə Seyidəliyev qüvvəsini sınayacaq. Digər 3 samboçu isə noyabrın 13-də mübarizəyə qoşulacaq.

Qeyd edək ki, ümumi mükafat fondu 231 000 ABŞ dolları olan dünya çempionatı noyabrın 14-dək davam edəcək. Qaliblər 4 000 ABŞ dolları, 2-ci yeri tutanlar 3 000 dollar, 3-cü yerin sahibləri isə 2 000 dollar qazanacaq.

Oxşar xəbərlər

Döyüşü ud, 200 min dollar qazan
Boksçularımız mübarizəyə başlayır - Dünya çempionatı
Azərbaycanlı boksçu erməniyə rəqib oldu - Avropa çempionatı
Cüdoçularımızın ilk rəqibləri məlum oldu - Avropa çempionatı
Cüdoçularımızın ilk rəqibləri bilindi - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər