reklam
İbrahimoviç tarixə düşdü -
Sportfm.az xəbər saytı

İbrahimoviç tarixə düşdü -A Seriyasında


"Milan" klubunun fubolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasında yeni uğura imza atıb.

Sportfm.az xəbər verir ki, 40 yaşlı hücumçu buna IX turda "Bolonya"nı səfərdə 4:2 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

İsveçli forvard 90-cı dəqiqədə fərqlənməklə komandanın 4-cü qoluna imza atıb. İbrahimoviç turnir tarixində 40 yaşdan sonra qol vuran 4-cü oyunçu adına yiyələnib.

Daha əvvəl bunu Silvio Piola, Pyetro Verhovod və Alessandro Kostakurta bacarıb.

Qeyd edək ki, "Milan" 9 matçdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir qarşılaşma az keçirən "Napoli" 24 xalla ikinci sıradadır.

Oxşar xəbərlər

İbrahimoviçdən yeni rekord
İbrahimoviçdən yeni rekord - Uğur
İbrahimoviç Ronaldonun rekorduna şərik oldu
Zlatan İbrahimoviçdən yeni rekord - 39 yaşında bunu da etdi
İbrahimoviç öz həmyerlisini "Milan"ın tarixindən sildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər