Boksçularımız Avropa çempionatına qələbə ilə başladı -UĞUR
Monteneqronun Budva şəhərində gənc boksçular arasında davam edən Avropa çempionatına Azərbaycan millisinin iki üzvü qələbə ilə başlayıb.
Sportfm.az xəbər verir ki, təmsilçilərimizdən Tural Sarıyev (48 kq) Denis Belinkini (Ukrayna) sınağa çəkib. Boksçumuz 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. O, növbəti döyüşündə rusiyalı Nikita Poluxinlə qarşılaşacaq. Görüş oktyabrın 20-də olacaq.
Komandamızın digər üzvü Nicat Hüseynovun da debütü uğurlu alınıb. Belə ki, 51 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Kamiolo Alessionu (İtaliya) məğlub edib – 5:0. O, oktyabrın 20-də baş tutacaq dörddəbir final çərçivəsində şimali makedoniyalı Şehabi Hadi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün millimizin daha 3 idmançısı yarışa qoşulacaq.
Oxşar xəbərlər
Boksçularımız yarımfinala yüksəldi - Avropa çempionatı
Üç boksçumuz dörddəbir finalda - Avropa birinciliyi
Daha bir boksçumuz yarışa qələbə ilə başladı - Avropa çempionatı
Boksçumuz Alaverdiyanı məğlub etdi
Gənc boksçularımız Avropa çempionatının yarımfinalına yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası