reklam
Yığmamız Xorvatiyaya böyük hesabla məğlub oldu -
Sportfm.az xəbər saytı

Yığmamız Xorvatiyaya böyük hesabla məğlub oldu -AVRO-2023


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 4-cü sınağında Xorvatiya ilə üz-üzə gəlib. Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Xallarını 12-yə çatdıran Xorvatiya isə liderliyə yüksəlib.

AVRO-2023-ün seçmə mərhələsi

12 oktyabr

20:30. Azərbaycan – Xorvatiya - 1:5

Qollar: Musa Qurbanlı, 55 (penalti) - Roko Şimiç, 9; 13, 44 (penalti), Nikola Soldo, 25, Yosip Şutalo, 81

Qırmızı vərəqə: Turan Vəlizadə, 68 (Azərbaycan)

Baş hakim: Ondrjey Berka (Çexiya)
Sumqayıt. “Kapital Bank Arena”

Xal durumu: Xorvatiya - 12 (4 oyuna), Norveç - 9 (4), Avstriya - 9 (5), Finlandiya - 7 (4) , Azərbaycan - 1 (4), Estoniya - 0 (5)

Qeyd edək ki, qrupun digər matçlarında Norveç evdə Estoniyanı darmadağın edib - 3:0. Avstriya isə səfərdə Finlandiyaya 1:3 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Yığmamız Estoniyanı qəbul edəcək - Avropa çempionatı
Millimizin Xorvatiya sınağı - Avro-2023
Millimiz Finlandiya ilə heç-heçə etdi - AVRO-2023
Yenə məğlub olduq - 6:0
Gənclərimiz avstriyalılarla üz-üzə - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər