reklam
Sportfm.az xəbər saytı

"Qəbələ AZ "Alkmaar"a qarşı -UEFA Gənclər Liqası


Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Çempionlar Yolunda Niderland təmsilçisi AZ ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı görüş saat 17:00-da başlayacaq. 

Bu, “Qəbələ”nin turnirdə 4-cü startıdır. 2016/2017 mövsümündə Rusiyanın “Dinamo” (Moskva) klubunu keçə bilməyən (0:2, 0:5) “qırmızı-qaralar” 2 il sonra Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub. Komanda 2018/2019 mövsümündə öncə Moldova “Şerif”i (1:1, 3:1), ardınca Almaniya “Herta”sı ilə (1:3, 0:1) görüşüb.

Əyalət klubu 2019/2020 mövsümündə Kipr APOEL-inə uduzaraq, mübarizəni dayandırıb - 1:1, 0:1. Ötən il Şimali Makedoniya “Şkendiya”sı ilə qarşılaşma mövsümün koronavirus pandemiyası üzündən ləğvi nəticəsində baş tutmayıb.

Çempionlar yolu
I mərhələ, ilk oyun
29 sentyabr

17:00. “Qəbələ” (Azərbaycan) – “Alkmaar” (Niderland)
Baş hakim: Viktor Kopiyevski (Ukrayna)
Qəbələ şəhər stadionu

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.

Oxşar xəbərlər

"Qəbələ"nin oyunlarının vaxtı bilindi - UEFA Gənclər Liqası
“Qəbələ” Gənclər Liqasında mübarizəni dayandırdı
"Qəbələ" APOEL-lə bərabərə qaldı
"Qəbələ"nin Avropadakı matçını azərbaycanlı hakim idarə edəcək
"Qəbələ" səfərə çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər