reklam
“Araz-Naxçıvan” mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

“Araz-Naxçıvan” mübarizəyə başlayır -Çempionlar Liqası


Bu gün “Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verəcək.

Sportfm.az xəbər verir ki, son ölkə çempionu ilk oyununda Cəbəllütariqin "Europa" kollektivi ilə üz-üzə gələcək.

Latviyanın Salaspils şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Görüşü italiyalı Dario Pezzuto idarə edəcək.

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Oxşar xəbərlər

"Araz Naxçıvan"ın qrupda son oyunu - Çempionlar Liqası
"Araz" üçün Vukçeviç - Təyinat
“Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya təqdim etdi - SİYAHI Çempionlar Liqası
"Araz"ın rəqibləri bilindi - Çempionlar Liqası
"Araz Naxçıvan" mübarizəyə başlayır - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər