reklam
“Makkabi” – “Neftçi” matçı Stavrevə həvalə olundu -
Sportfm.az xəbər saytı

“Makkabi” – “Neftçi” matçı Stavrevə həvalə olundu -Konfrans Liqası


UEFA Konfrans Liqasının pley-off mərhələsində avqustun 26-sı Bakı vaxtı ilə saat 21:00-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” (Hayfa) – “Neftçi” matçının təyinatları açıqlanıb.
Sportfm.az xəbər verir ki, oyuna Şimali Makedoniyadan olan hakimlər təyinat alıblar. Baş hakim Aleksandar Stavrev olacaq. Ona Deyan Kostadinov və Qoçe Petreski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Deyan Yakimovski yerinə yetirəcək. UEFA nümayəndəsi Tarqo Kaldoya (Estoniya), hakim-inspektor isə Rusmir Mrkoviç (Bosniya və Herseqovina) olacaq.
Bu komandalar arasında ilk oyun avqustun 19-u “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək.

Oxşar xəbərlər

“Neftçi”nin görüşündə xorvatiyalı hakim
"Neftçi" və "Qarabağ" cavab oyunlarını keçirəcək - Konfrans Liqası
"Neftçi" "Sammi Ofer" stadionunda məşqə çıxdı - FOTO
"Neftçi" və "Qarabağ"ın cavab oyunlarına təyinatlar - Konfrans Liqası
"Neftçi" - "Arsenal" oyununun hakimləri açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər