reklam
Cüdoçularımız Avropa birinciliyində iştirak edəcək -
Sportfm.az xəbər saytı

Cüdoçularımız Avropa birinciliyində iştirak edəcək -SİYAHI


Avqustun 17-də Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi start götürəcək.

Sportfm.az xəbər verir ki, bu mötəbər yarışda Azərbaycanı 10-u oğlan və 4-ü qız olmaqla 14 cüdoçu təmsil edəcək.

Oğlanlar arasında Xəyal Həsənov, Babarəhim Mirzəyev (50 kq), İslam Rəhimov (55 kq), Zahir Ağazadə, Aydın Rzayev (60 kq), Qədir Hüseynov (66 kq), Məmmədrza Hacızadə, Toğrul İbrahimov (73 kq), İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qızların yarışında isə Leyla Dəmirova, Fəridə Mirzəyev (44 kq), Könül Əliyeva və Aydan Vəliyeva (48 kq) iştirak edəcəklər.

Yarış avqustun 19-dək davam edəcək.

Oxşar xəbərlər

Avropa birinciliyində ölkəmizi 12 cüdoçu təmsil edəcək - SİYAHI
Təsəllimiz bu olsun - Cüdoçularımızın uğuru
Cüdoçularımız Avropa kubokunda iştirak edəcəklər - Buxarestdə
Cüdo millimizin heyəti - Avropa kuboku
Cüdoçularımız Avropa kubokuda mübarizə aparacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər