SPORTFM.AZ
reklam
Krivotsyukun üzü gülmür -
Sportfm.az xəbər saytı

Krivotsyukun üzü gülmür -Polşa çempionatı


Futbol üzrə Polşa çempionatında 2-ci turun oyunları keçirilib. 

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plok) növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Qdansk “Lexiya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

“Visla” 2 turdan sonra hələ xal toplaya bilməyib və 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Krivotsyuk 1 xala sevindi - Polşa çempionatı
Krivotsyukun komandası qalib gəldi - Polşa çempionatı
Millimizin üzvü heyətə düşə bilmir
Anton yoxdursa, komandası udmur - Polşa çempionatı
Millimizin üzvü ehtiyatda qaldı - Polşa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər