Mahirin komandasının rəqibi bilindi -Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, püşk zamanı millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sının da bu mərhələdəki potensial rəqibi müəyyənləşib.
Varşava təmsilçisi 3-cü mərhələdə Zaqreb “Dinamo”sunu (Xorvatiya) mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə “Srvena Zvezda” (Serbiya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
Pley-off mərhələsi
"Zalsburq" (Avstriya) – "Brondbü" (Danimarka)
ÇFR (Rumıniya)/Yanq Boyz (İsveçrə) – "Ferentsvaroş" (Macarıstan)/Slaviya (Çexiya)
"Malmö" (İsveç)/Reyncers (Şotlandiya) – "Olimpiakos" (Yunanıstan)/Ludoqorets (Bolqarıstan)
"Srvena Zvezda" (Serbiya)/Şerif (Moldova) – "Dinamo" (Zaqreb, Xorvatiya)/Legiya (Varşava, Polşa)
"Monako" (Fransa)/Sparta (Çexiya) – "Genk" (Belçika)/ Şaxtyor (Donetsk, Ukrayna)
"Spartak" (Moskva, Rusiya)/Benfika (Portuqaliya) – PSV (Niderland)/Midtyulland (Danimarka)
Oxşar xəbərlər
Pley-off mərhələsinin cütləri - Çempionlar Liqası
Mahir Emreli xorvatları cəzalandıra biləcəkmi? - YENİLƏNİR
"Legiya" "Dinamo"nu qəbul edəcək - Çempionlar Liqası
Pley-off mərhələsinin cütləri - Çempionlar Liqası
"Fənərbaxça" məğlub oldu, PAOK inamlı qələbə qazandı - Avropa Liqası pley-off mərhələsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası