"Sabah" son oyununu keçirdi -Yoxlama görüşü
İyulun 15-dən Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” futbol klubu toplanış çərçivəsində sonuncu oyununu keçirib.
Sportfm.az xəbər verir ki, komandamız “Zestafoni” təlim-məşq bazasının stadionunda yerli “Saburtalo” klubu ilə qarşılaşıb.
Güclü yağışın müşayiəti ilə keçirilən matçda hesabı meydan sahibləri açıblar. Akaki Şulaya görüşün 41-ci dəqiqəsində penaltidən fərqlənərək komandasını hesabda önə keçirib. Oyunun 68-ci dəqiqəsində komandamız da 11 metrlik cərimə zərbəsi qazansa da, Coy-Lens Mikelsin zərbəsindən sonra top qapı tirinə dəyərək çölə çıxıb. Matçda 74-cü dəqiqədə isə gənc futbolçumuz Veysəl Rzayev Mixeil Erqemlidzenin ötürməsindən sonra matçda bərabərliyi təmin edən qola imza atıb. Görüş elə bu hesabla da başa çatıb. Qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasını dəqiq yerinə yetirən “Saburtalo” 4:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Sabah” Tbilisi toplanışı çərçivəsində daha əvvəl “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klubları ilə qarşılaşıb.
Oxşar xəbərlər
“Sabah”ın son sınağı - Yoxlama oyunu
"Sabah"ın növbəti sınağı - Yoldaşlıq görüşü
"Sabah" "Samqurali"yə qarşı - Yoxlama oyunu
"Sabah" Gürcüstan turuna çıxır - Təlim-məşq toplanışı
"Sabah" Gürcüstanda sonuncu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası