Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Samir Abasov: "Toplanışı qənaətbəxş hesab etmək olar"
Sumqayıt”ın baş məşqçisi Samir Abasov komandasının Antalya toplanışını dəyərləndirib.
Sportfm.az xəbər verir ki, klubun saytına danışan baş məşqçi bunları deyib: "Antalyada yaxşı məşqlər keçdik. Toplanışı qənaətbəxş hesab etmək olar. Hər 3 gündən bir yoxlama oyununa çıxdıq. 3 sınaq matçımız oldu. Antalyaya az oyunçu ilə gəlmişik. Ona görə də uşaqlar çox yükləndilər. Ancaq elə istədiyimiz də o idi ki, əsas heyət üzvləri daha çox güc sərf etsinlər. Yaxşı rəqiblərlə qarşılaşdıq. Deyə bilmərəm ki, futbolçulardan istədiklərimi tam aldım. Çatışmazlıqlarımız var. Onları da çempionat oyunlarında aradan qaldıracağıq.
Oyunçu çatışmazlığımız da var. Təsəvvür edin ki, daim sol cinahda oynayan futbolçunu ortada oynamağa məcbur edirik. Bu da futbolçuya ağır gəlir. Biz də onu başa salmaq üçün həddindən çox hirslənirik.
Futbolçularımız əllərindən gələni edirlər. Həqiqətən də çox ağır şəraitdə məşqlər edirik. Bəlkə də, yoxlama oyunlarında məğlub olmağımızın səbəbi yorğunluqdu. Çətin olanları yerinə yetirdik, ümid edirəm ki, bəhrəsini çempionatda görə biləcəyik".
"Sumqayıt” bu gün Antalya toplanışını başa vuraraq vətənə qayıdacaq.
Oxşar xəbərlər
"Uşaqlar məşqlərdə əllərindən gələni, hətta daha da artığını etdilər" - Samir Abasov
"Komandanı bu şəraitdə də görmək vacibdir" - Samir Abasov
"Kəpəz"in futbolçusu:"Bizim üçün ağır keçdi, çətinliyimiz oldu"
Samir Abasov: "Məğlub olmağımıza baxmayaraq, oyundan tam razıyam"
Zaur Svanadze: "Oyunun pozitiv alındığını hesab etmək olar"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası