Millimiz İtaliyaya yollanır -Olimpiadaya hazırlıq üçün
Tokio Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirən kişi boksçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub.
Sportfm.az xəbər verir ki, iyunda Avropa Olimpiya Təsnifat Turniri bitdikdən sonra davam etdirilən hazırlığın son mərhələsi İtaliyada yekunlaşacaq.
Tokio-2020-yə lisenziya qazanan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevin (+91 kq) heyətində yer aldığı komanda bu gün Assizi şəhərinə yola düşəcək. Umberto Orta Dominqesin baş məşqçisi olduğu millimiz burada beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Hazırlıqda 10-dək ölkənin iştirakı planlaşdırılır. Onlar arasında İtaliya, Fransa, Dominikan Respublikası, Hindistan, Kanada və digərləri var.
Boksçular Assizidə əsasən fiziki və taktiki hazırlıq üzərində işləyəcəklər. Toplanışın son mərhələsində sınaq döyüşlərinin olması da planlaşdırılır. Yığma iyulun 18-dək İtaliyada hazırlıq keçəcək və oradan Olimpiadanın təşkil olunacağı Tokioya yollanacaq.
Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.
Oxşar xəbərlər
“Bütün boksçulardan medal gözləyirəm" - Baş məşqçi
Boksçularımız İtaliyada hazırlaşır - Tokio-2020
Millimiz beynəlxalq turnirə qatılacaq - Türkiyədə
Toplanış davam edir
Boksçularımız Tailanda yola düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası