1/4 final mərhələsinin oyunları başlayır -AVRO-2020
Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveçrə və İspaniya yığmaları arasında olacaq.
Günün digər oyununda isə turnirin favoritlərindən Belçika və İtaliya kollektivləri üz-üzə gələcəklər.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Avropa çempionatı
1/4 final
20:00. İsveçrə - İtaliya
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"
23:00. Belçika - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, "Münhen Futbol Arenası"
Qeyd edək ki, 1/4 finalın digər oyunlarında Çexiya Danimarkanı, Ukrayna isə İngiltərəni sınağı çəkəcək. İlk oyun Bakı Olimpiya Stadionunda, ikinci qarşılaşma isə İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Bakıda vacib matç - Çexiya Danimarkaya qarşı
İspaniya İsveçrə səddini keçdi, İtaliya Belçikaya qarşı - YENİLƏNİR
1/8 finalın son 5 iştirakçısı bilinəcək - AVRO-2020
İspaniya İsveçə, Polşa Slovakiyaya qarşı - AVRO-2020
Türkiyə-İtaliya oyunu ilə start götürəcək AVRO-2020-nin təqvimi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası