reklam
Millimizin heyəti məlum oldu -
Sportfm.az xəbər saytı

Millimizin heyəti məlum oldu -Avropa çempionatı


İyulun 3-də Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.

Sportfm.az xəbər verir ki, 9 gün davam edəcək çempionatda Azərbaycan həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.

Oğlanlardan ibarət komandamız birincilikdə 11 boksçu ilə təmsil olunacaq. Belə ki, baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Vüqar Məmmədovun rəhbərliyi altında boksçularımız Tofiq Quliyev (46 kq), Kənan Babayev (48 kq), Ənəs Ağayev (50 kq), Mahir Süleymanov (52 kq), Məhəmmədəli Qasımzadə (54 kq), Nadir Məlikov (57 kq), Fuad Babayev (60 kq), Fərhad Şeydayev (63 kq), Ziya Həsənov (66 kq), Lətif Həsənov (70 kq) və Eldar Əsədli (80 kq-dan yuxarı) yarışda qüvvələrini sınayacaqlar.

Qızların yarışında isə yığmamız baş məşqçi Elbrus Rzayevin deyil, böyük məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında gücünü yoxlayacaq. Çempionatda ölkəmizin idman şərəfini Lilya Platova (54 kq), Emili Rzayeva (63 kq) və Ayna Rüstəmova (66 kq) qoruyacaqlar.

Boksçularımız artıq Tbilisiyə yollanıblar. Yarışda 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun iştirakı gözlənilir.

Qeyd edək ki, Avropa birinciliyinin püşkü iyulun 2-də atılacaq. Final görüşləri isə ayın 11-də baş tutacaq.

 

Oxşar xəbərlər

Millimizin Avropa çempionatı üçün heyəti - SİYAHI
Azərbaycan yığmalarının heyəti açıqlandı - Avropa birinciliyi
Azərbaycan yığmasının beynəlxalq turnir üçün heyəti - SİYAHI
AÇ-yə 22 boksçu ilə
Üç boksçumuz dörddəbir finalda - Avropa birinciliyi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər