reklam
Ronaldo
Sportfm.az xəbər saytı

Ronaldo "Instagram"da rekorda imza atdı -İlk dəfə...


Portuqaliya yığmasının və İtaliyanın "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldo ilk dəfə olaraq instaqramda 300 milyon abunəçi toplayıb.

Sportfm.az xəbər verir ki, idman dünyasında Ronaldonun ən yaxın təqibçiləri futbolçular Lionel Messi və Neymardır. "Barselona"nın kapitanının 219 milyon abunəçisi var. PSJ-nin hücumçunun auditoriyası bundan 67 milyon nəfər azdır.

Ümumilikdə isə sosial şəbəkədə ən məşhur hesablar siyahısında Ronaldudan sonra üç amerikalı qərarlaşıb: aktyor və restler Dueyn Conson (246 milyon abunəçi), müğənni Ariana Qrande (244 milyon izləyici) və model Kayli Cenner (241 milyon izləyici).

Ronaldu iyunun 15-də də Avropa çempionatının iki rekorduna imza atıb. O, futbolçular arasında qitənin beş dəfə birincilik yarışında iştirakı ilə rekorda yiyələnib, həmçinin 11 qol ilə yarışın tarixində ən yaxşı bombardir olub.

Oxşar xəbərlər

"Youtube"da ən çox abunəçisi olan idman klubu - SİYAHI
Sosial mediada liderliyi əldən vermir
Ronaldonu izləyənlərin sayı 200 milyona çatdı
Ronaldu daha bir rekorda imza atdı - 150 milyondan çox izləyicisi oldu
Ronaldo Selena Qomesi geridə qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər