“Azərbaycan xalqına təşəkkür edirik" -Şenol Günəş
“Azərbaycan xalqına bizi isti qarşıladıqlarına görə təşəkkür edirik. Burada öz evimizdəki kimiyik”.
Sportfm.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Uelslə Bakı Olimpiya Stadionunda keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sabah qələbə qazanacaqlarına ümid edir: "Azərbaycan xalqının dəstəyini hiss edirik. Bakı Olimpiya Stadionu da çox gözəldir. İtaliya ilə oyun bizim üçün hərtərəfli uğursuz alındı. Amma sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik. Problemlərdən danışmaq əvəzinə həll yollarını tapmalıyıq. Hələ qrupdan çıxmaq şansımız var".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Türklər Azərbaycana təşəkkür etdi - Dəstək üçün
“Azərbaycan müdafiə anlayışı ilə oynayan komandadır” - Şənol Günəş
"Başqa ölkədə deyilik, öz vətənimizdəyik" - Qurban Qurbanov
Şenol Güneş Bakıdan razı qaldı
"Bakıya uduzmağa gəlməmişik" - Marek Hamşik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası