reklam
Bu gün daha 3 oyun -
Sportfm.az xəbər saytı

Bu gün daha 3 oyun -AVRO-2020


Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.

Sportfm.az xəbər verir ki, qarşılaşmaların ikisi C, biri isə D qrupunda baş tutacaq.

Günün ilk matçı D qrupunda İngiltərə və Xorvatiya yığmaları arasında olacaq. Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gələcək. İlk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da, ikinci oyun isə Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da start götürəcək.

Avropa çempionatı

C qrupu, I tur

20:00. Avstriya - Şimali Makedoniya

23:00. Niderland - Ukrayna

D qrupu

17:00. İngiltərə - Xorvatiya

Qeyd edək ki, A qrupunun İsveçrə - Uels matçına (1:1) ev sahibliyi edən Bakı Olimpiya Stadionunda Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

Oxşar xəbərlər

Bakıda ilk oyun - AVRO-2020
AVRO-2020-nin təqvimi - SİYAHI
“Avro-2020”nin təqvimi - Vaxtı və saatı
Bütün qrupların tərkibi məlum oldu - AVRO-2020
Türkiyə-İtaliya oyunu ilə start götürəcək AVRO-2020-nin təqvimi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər