reklam
Məmmədyarov liderlər qrupunda -
Sportfm.az xəbər saytı

Məmmədyarov liderlər qrupunda -Grand Chess Tour


Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşlərini keçirib.

Sportfm.az xəbər verir ki, Məmmədyarov V turda rumıniyalı Konstantin Lupulesku ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster 38-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.

Rəcəbov isə ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka ilə heç-heçə edib.

Beş turdan sonra 3 xalı olan Məmmədyarov Uesli So (ABŞ) və Qrişukla birlikdə ilk 3 pilləni bölüşdürür. Rəcəbov isə 2,5 xalla 6-cıdır.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunur. 

Oxşar xəbərlər

96-cı gedişdə sülh
Şəhriyar Məmmədyarov məğlub oldu - Superbet Chess Classic
Şəhriyar Məmmədyarov fransalı ilə üz-üzə gələcək - Superbet Chess Classic
Şəhriyar Məmmədyarov məğlubiyyətlə başladı - Grand Chess Tour
Məmmədyarov Aronyana qalib gəldi - Superbet Chess Classic

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər