reklam
Yollar vaxtından əvvəl açılacaq -
Sportfm.az xəbər saytı

Yollar vaxtından əvvəl açılacaq -Formula 1


F-1-ə görə bağlanan yollar vaxtından əvvəl açılacaq.
Sportfm.az xəbər verir ki, iyunun 7-də, səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.
Azneft dairəsi - Niyazi küç.- İstiqlaliyyət küç.- B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutların 20-ci Sahə dairəsi, 65 nömrəli marşrutun isə Azneft dairəsi istiqamətində fəaliyyəti bərpa ediləcək.
Trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq iyunun 8-də səhər saat 06:00-da aradan qaldırılacaq.

Oxşar xəbərlər

Bakıda bəzi yollar açılacaq - Formula 1
“Formula 1”-lə bağlı Bakıda 20 avtobusun hərəkət sxemi dəyişir
Bakıda yollar bağlanacaq - "Formula 1"
BNA əhaliyə müraciət etdi: ciddi zərurət olmadığı halda şəxsi maşınla çıxmayın...
Formula 1-ə görə bağlanan yollar açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər