Fatih Terim “Qalatasaray”ı tərk etdi -Müqaviləsi bitdi
“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin klubla müqaviləsi 2021-ci ilin mayın 31-də başa çatır.
Sportfm.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubda gələn ay keçiriləcək prezident seçkisi səbəbindən mütəxəssisin çərçivəsində “Qalatasaray”la vidalaşaraq, ayrılıb. 67 yaşlı mütəxəssisin əvvəllər olduğu kimi, klub rəhbərliyinə gələcək şəxslərin baş məşqçi məsələsində şəffaf qərarlar verməsi üçün işini seçkidən öncə yekunlaşdırdığı bildirilib.
Həmçinin bildirilir ki, baş məşqçi təyinatı ilə bağıı qərarı iyun ayında keçiriləcək prezident seçkilərindən qalib ayrılan şəxslər verəcək. Əgər yeni rəhbər yoluna Fatih Terimlə davam etmək istəsə, təcrübə və planları nəzərə alaraq onunla yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, "Qalatasaray" bu mövsüm Superliqada "Beşiktaş"la eyni xal - 84 xal toplayıb. Lakin "aslanlar" "qara qartallar"dan toplar nisbətində 1 top geri qaldığı üçün çempion ola bilməyib.
Oxşar xəbərlər
Fatih Terimin səhhətində problem yarandı - Xəstəxanaya yerləşdirildi
Fatih Terim "Qalatasaray"dan getməyəcək - AÇIQLAMA
"Qalatasaray" Fatih Terimlə müqavilənin müddətini uzatdı
Fatih Terim prezident olacaq
Fatih Terim “Qalatasaray”a qayıdır! - Rəsmi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası