Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin oyunçusu klubunu dəyişir -Ukraynada
Ukrayna "Minay"ında çıxış edən millimizin hücumçusu Anatoli Nuriyev klubunu dəyişmək qərarına gəlib.
Sportfm.az xəbər verir ki, "Minay"ın Premyer Liqanı tərk etməsi kapitan Nuriyevlə yanaşı bir neçə futbolçunun komandadan ayrılmaq fikrinə düşməsinə səbəb olub.
Nuriyev ötən ay klubu ilə müqaviləsini 2022-ci ilin iyununa qədər uzadıb. Ancaq onun müqaviləsində belə bir bənd var ki, klub elitanı tərk etsə, mövsümün sonunda azad agent statusu ala və "Mina"yı tərk edə bilər.
25 yaşlı hücumçu ilə Ukraynanın digər klubu "Kolos" maraqlanır. Vasilkov təmsilçisi avrokuboklar öncəsi hücum xəttini gücləndirmək istəyir.
Qeyd edək ki, Nuriyev bu mövsüm Premyer Liqada 24 oyuna 10 qol vurub.
Oxşar xəbərlər
Millimizin oyunçusunun yeni klubu məlum oldu - Müqavilə
Anatoli Nuriyev komandasını tərk etdi - Ayrılıq
Millimizin oyunçusu Ukrayna klubunu tərk etdi
Millimizin üzvü rəmzi 11-likdə - Ukrana Premyer Liqası
Millimizin futbolçusu yeni müqavilə imzaladı - 1 illik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası