reklam
Valdes
Sportfm.az xəbər saytı

Valdes "yuvaya" qayıdır -Dönüş


İspaniya "Barselona"sının sabiq qapıçısı Viktor Valdes yenidən Kataloniya təmsilçisinə qayıdır.

Sportfm.az xəbər verir ki, veteran qolkiper klubun təklifini qəbul edib. O, futbol akademiyasında qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, 2019-cu ildə "Barselona"nın U-19 komandasının baş məşqçisi olmuş Valdes bu postda cəmi 3 ay qalıb. O, klub rəhbərliyi, xüsusilə də akademiyanın direktoru Patrik Klyuvertlə fikir ayrılığına görə istefa verib.

39 yaşlı keçmiş qolkiper 2000 - 2014-cü illərdə "Barselona"nın əsas komandasının qapısını qoruyub.

 

Oxşar xəbərlər

"Barselona"da qalmaq istəmir! - Neto gedir
Viktor Valdes baş məşqçi oldu - FOTO
"Bizdən bir də olmayacaq" - Andres İnyesta
Viktor Valdes "Barselona"ya qayıtdı - FOTO
"Qəbələ"də çalışan mütəxəssis BƏƏ-də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər