reklam
Dənizli Altay
Sportfm.az xəbər saytı

Dənizli Altay"la anlaşdı -Müqavilə


"Xəzər Lənkəran"n sabiq baş məşqçisi Mustafa Denizli Türkiyə I Liqasında çıxış edən "Altay" komandasının sükanı arxasına keçib.

Sportfm.az xəbər verir ki, 72 yaşlı mütəxəssis yeni vəzifədə Osman Özköylünü əvəzləyib.

Denizli futbolçu kimi İzmir komandasının aşağı yaş qrupunda yetişib və 18 il "ağ-qara" formanı geyinərək, kapitan sarğısını daşıyıb. O, klub prezidenti Özgür Ekmekçioğlunun dəvətini qəbul etsə də, maaşını əsgərlərə, qazilərə və şəhid ailələrinə yardım qurumlarına bağışlanmasını istəyib. Təcrübəli mütəxəssis doğma komandasına 38 ildən sonra baş məşqçi kimi qayıdıb. 

Hazırda I Liqada 32 oyundan 54 xalla 6-cı yerdə gedən "Altay" son 2 turda 2 xal toplasa, Superliqaya vəsiqə uğrunda "pley-off" matçlarına vəsiqə qazanacaq.

Qeyd edək ki, Mustafa Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Oxşar xəbərlər

Mustafa Dənizli getdi - Ayrılıq
Mustafa Dənizlinin yeni klubu məlum oldu - Müqavilə
Denizli İrana qayıtdı
Azərbaycan klubunun sabiq baş məşqçisi "Kasımpaşa"da
"Beşiktaş"dan Dənizliyə qarşı saymazmazlıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər