Bundesliqa klubunda yeni baş məşqçi -RƏSMİ
Almaniyanın “Auqsburq” komandasının baş məşqçisi Hayko Herrlix istefaya göndərilib.
Sportfm.az xəbər verir ki, istefaya komandanın uğursuz çıxışı səbəb olub. Son dörd oyunda cəmi bir xal toplayan “Auqsburq”, aprelin 23-də doğma meydanda autsayder “Köln”ə 2:3 hesabıyla uduzub. Auqsburqlular hazırda 33 xalla 13-cü pillədə qərarlaşıb.
Artıq komandanın yeni baş məşqçisi də məlumdur. “Auqsburq”u bundan sonra Markus Vayntsirl əvəzləyib. Onunla 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Qeyd edək ki, Vayntsirl “Auqsburq” üçün tanış məşqçidir. O, 2012-2016-cı illərdə də bu komandaya rəhbərlik edib, “Auqsburq”u Avropa Liqasına çıxarıb. 46 yaşlı alman mütəxəssis 2016/2017 mövsümündə “Şalke”ni, 2018-2019-cu illərdə isə “Ştutqart”ı çalışdırıb.
Oxşar xəbərlər
"Auqsburq" - "Bavariya" 2:1 - VİDEO
“Qarabağ” "Auqsburq"la bərabərə qaldı - VİDEO
Bundesliqa klubu heyətini üç futbolçu ilə gücləndirdi
"Şalke" öz meydanında böyük hesabla uduzdu
Paytaxt klubunda yeni baş məşqçi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı















Misli Premyer Liqası