reklam
Millimiz Xorvatiya ilə eyni səbətdə -
Sportfm.az xəbər saytı

Millimiz Xorvatiya ilə eyni səbətdə -Püşkatma


Qadın futbolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv aprelin 30-dakı püşkatmaya 4-cü səbətdən qoşulacaq.

Burada Azərbaycanla yanaşı, Slovakiya, Macarıstan, Belarus, Xorvatiya, Albaniya, Şimali İrlandiya və İsrail yığmaları da yer alıb.

Qeyd edək ki, dünya çempionatı 10 iyul - 20 avqustda təşkil olunacaq. Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək.

 

Oxşar xəbərlər

Bu gün millimizin rəqibləri bilinəcək - Avropa çempionatı
Millimiz Türkiyə ilə eyni səbətdə - AVRO-2024
Azərbaycan yığması E qrupunda mübarizə aparacaq - DÇ-2023
Millimizin rəqibləri müəyyənləşəcək - AVRO-2023
Millimiz seçmə mərhələdə Cəbəllütariqlə bir səbətdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər