reklam
Əcnəbilərin viza prosedurları sadələşdirildi -
Sportfm.az xəbər saytı

Əcnəbilərin viza prosedurları sadələşdirildi -Formula 1


Aprelin 17-də Prezident İlham Əliyev “2021 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sportfm.az xəbər verir ki, Sərəncama əsasən, 2021 Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı.

Xarici İşlər Nazirliyinə 2021 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, bu məlumatı nazirliyin, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Sənədə əsasən, Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Oxşar xəbərlər

Prezident Sərəncam imzaladı - Əcnəbilər üçün viza sadələşdirildi
Prezident AVRO-2020 ilə bağlı sərəncam imzaladı
Ölkə prezidenti İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam verdi
Ölkə prezidenti sərəncam imzaladı - əcnəbilərin viza prosedurları sadələşdirildi
Formula 1-ə gələn əcnəbilərə viza nə vaxt veriləcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər