reklam
Yarımfinalın təqvimi bilindi -
Sportfm.az xəbər saytı

Yarımfinalın təqvimi bilindi -Çempionlar Liqası


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi bəlli olub.

Sportfm.az xəbər verir ki, İngiltərə təmsilçiləri "Çelsi" və "Mançester Siti" ilk oyunlarını səfərdə keçirəcək.

"Zadəganlar" aprelin 27-də ispaniyada "Real Madrid", "şəhərlilər" isə 1 gün sonra Fransada PSJ ilə üz-üzə gələcəklər.

Komandalar arasında cavab matçları isə 4-5 mayda olacaq. İlk oyun günündə "Mançester Siti" - PSJ, növbəti gündə isə "Çelsi" - "Real Madrid" matçları oynanılacaq.

Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Oxşar xəbərlər

“Real” “Mançester Siti” ilə üz-üzə - Çempionlar Liqası
Yarımfinal oyunlarının təqvimi açıqlandı - Çempionlar Liqası
Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atıldı - Cütlüklər
"Mançester Siti" PSJ-yə qarşı - Çempionlar Liqası
"Real Madrid" "Çelsi"yə qarşı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər