reklam
PSJ yarımfinala adlayacaqmı? -
Sportfm.az xəbər saytı

PSJ yarımfinala adlayacaqmı? -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. 

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. 

İngiltərənin "Çelsi" klubu koronavirus pandemiyası səbəbindən Portuqaliya "Portu"sunu İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda qəbul edəcək. London təmsilçisi bu arenadakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib. "Zadəganlar"ın heyətində zədəli olan Andreas Kristensen və Tyaqo Silvanın durumuna oyun vaxtı aydınlıq gələcək. "Portu"da isə itki yoxdur. 

Günün maraqla gözlənən oyunu Fransada gerçəkləşəcək. Almaniyada "Bavariya"nı 3:2 hesabı ilə üstələyən PSJ-ni yarımfinala vəsiqə üçün heç-heçə də qane edəcək. Paris təmsilçisində Mauro İkardi, Münhen klubunda isə Niklas Süle, Duqlas Kosta, Korentin Tolisso, Serj Qnabri və Robert Levandovski zədəlidir. 

Çempionlar Liqası,

Cavab oyunları

23:00. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya)

İlk oyun - 2:0  

23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) 

İlk oyun - 3:2 

Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu aprelin 14-də olacaq. 

 

Oxşar xəbərlər

"Bavariya" və "Milan" 8 güclü arasında - Çempionlar Liqası
Bütün yarımfinalçılar bəlli oldu - Çempionlar Liqası
PSJ və “Çelsi” yarımfinalda - Çempionlar Liqası
“Bavariya” PSJ-yə qarşı - Çempionlar Liqası
1/8 finala yekun vurulacaq - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər