AFFA TFF ilə VAR sistemini müzakirə etdi
Ötən həftə VAR (videoköməkçi hakim) layihə rəhbəri Elxan Səmədov, AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik və CBC Sport televiziya kanalının baş direktoru Volkan Üst Türkiyənin İstanbul şəhərində səfərdə olublar.
Sportfm.az xəbər verir ki, səfərin məqsədi TFF-nin də tətbiq etdiyi VAR sisteminin özəllikləri barədə məlumat almaq, bu sistemin ölkəmizdə istifadəsi baxımından görüləcək işlərə hazırlıq olub.
Görüş zamanı AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.
Qeyd edək ki, VAR-ın ölkəmizdə tətbiqi sahəsində görüləcək işlərlə əlaqədar növbəti iki həftə ərzində FIFA ilə onlayn görüşlər keçiriləcək.
Oxşar xəbərlər
Media nümayəndələri VAR mərkəzində - FOTO
VAR sisteminin tətbiq olunacağı vaxt bilindi - Azərbaycanda
Azərbaycanda VAR olacaq! - İşlər davam etdirilir
"Öz yerli hakimlərimizdən istifadə edəcək" - Frits Ştuxlik VAR sistemi haqqında danışdı
AFFA FİFA ilə müzakirələr aparacaq - VAR sistemi barədə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası