reklam
Sportfm.az xəbər saytı

"Sabah"ın oyununda böyük dəyişiklik gördük" -Aftandil Hacıyev


"Baş məşqçi dəyişikliyindən sonra "Sabah"ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlilik hiss etdik. Biz də bir neçə epizod var idi ki, qol vura bilərdik. 100 faizlik qol şansları boşa getdi".

Sportfm.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqansının 22-ci turunda "Sabah"la qolsuz bərabərə qaldıqları matçdan sonra mətbuat konfransında deyib.

O bildirib ki, hər iki hissədə eyni templi oyun keçib: "Rəqib ikinci hissədə daha çox təzyiq etdi və bir neçə qol imkanı yaratdı. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar".

 

Oxşar xəbərlər

"Oyunçular futbola aid hər şeyi göstərdi" - "Sabah"ın baş məşqçisi
"Neftçi"nin təhlükəli futbolçuları var" - Aftandil Hacıyev
"Oyundan razıyam, hesabdan yox" - Aftandil Hacıyev
Aftandil Hacıyev gileyləndi: "Heyət güclənməlidi"
Samir Əliyev: Həmin oyunda heç-heçə olmasını istəyirdim

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər