Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyə millisində itki -3 oyunçunun testi müsbət çıxdı
Türkiyə millisində 3 futbolçunun koronavirus testi müsbət çıxıb.
Sportfm.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. Bildirilib ki, DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda oynanılan Norveçlə matçdan (3:0) sonra "ay ulduzlular"ın heyəti koronavirus testindən keçib. Simptomu olmayan 3 oyunçuda koronavirus aşkarlanıb.
Latviya ilə görüş üçün götürüləcək test nümunələrin ardından sözügedən oyunçuların durumu müəyyənləşəcək. Nəticə yenidən pozitiv çıxarsa, 3 futbolçu millinin heyətindən çıxarılacaq.
Koronavirus aşkarlanan oyunçuların adları açıqlanmayıb.
Qeyd edək ki, martın 30-u keçiriləcək Türkiyə - Latviya görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Oxşar xəbərlər
Türkiyə klubunda koronavirus şoku - Yoluxma
“Qalatasaray”da koronavirus şoku - 3 yoluxma
Türkiyə millisində şok - 12 nəfər virusa yoluxdu
İbrahimoviçin koronavirus testi yenə müsbət nəticə verdi
Türkiyə klubunun beş futbolçusunda koronavirus aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası