reklam
Millimizin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Millimizin heyəti açıqlandı -Böyük Dəbilqə


Tiflisdə keçiriləcək “Böyük dəbilqə” turnirində mübarizə aparacaq Azərbaycan komandasının heyəti müəyyənləşib.

Sportfm.az xəbər verir ki, yarışda 11 cüdoçumuz iştirak edəcək. Martın 26-da start götürəcək turnirdə kişilər arasında Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışlarında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi 52 kq) güclərini sınayacaqlar. Yarış martın 28-dək davam edəcək.

Qeyd edək ki, cüdoçularımız bundan əvvəl Daşkənddə keçirilmiş “Böyük dəbilqə” turnirində iştirak ediblər. Yarışda Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Azərbaycanı 13 cüdoçu təmsil edəcək - Böyük Dəbilqə
Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - Böyük Dəbilqə
Millimizin heyəti müəyyənləşdi - Böyük Dəbilqə
Cüdoçularımız “Böyük dəbilqə”də mübarizə aparacaqlar
Cüdoçularımız Təl-Əvivdə Qran-Pridə güclərini sınayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər