Millimizin heyəti açıqlandı -SİYAHI
Türkiyədə boks üzrə beynəlxalq yarışda iştirak edəcək komandamızın heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, kişilər arasında keçiriləcək yarışda 13 idmançımız iştirak edəcək. Belə ki, Rüfət Hüseynov, Məsud Yusifzadə (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (hər üçü 69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) uzun fasilədən sonra rinqə çıxacaqlar.
Türkiyədə təlim-məşq toplanışında olan kişilərdən ibarət yığmamız Kastamonu şəhərində hazırlıq keçir.
Qadın boksçulardan ibarət Azərbaycan milli komandası da Türkiyədə beynəlxalq yarışda iştirak edəcək. Baş məşqçi Elbrus Rzayevin çalışdırdığı qadınlardan ibarət komanda İstanbulda təşkil olunacaq Boğaziçi turnirinə 3 idmançı ilə yollanacaq. Qardaş ölkədəki turnirdə Məhsəti Həmzəyeva (57 kq), Məryam Cəbrayılova (69 kq) və Aynur Rzayeva (75 kq) gücünü yoxlayacaqlar.
Boğaziçi turnirində Azərbaycanı hakim kimi isə Emin Qurbanəliyev təmsil edəcək.
Martın 16-da start götürəcək və 5 gün davam edəcək yarışda 29 ölkədən 202 (128 kişi, 74 qadın) boksçunun iştirakı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti açıqlandı - Beynəlxalq turnir
Boks millimiz Qazaxıstana yollandı - Beynəlxalq turnir
Millimiz beynəlxalq turnirə qatılacaq - Türkiyədə
Lisenziya turnirində 12 boksçumuz olacaq
Boksçularımız Tailanda yola düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası