Yığmamız Moldovanın qonağı olacaq -Avropa çempionatı
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, 3-cü qrupda yer alan yığma sayca dördüncü sınağında Moldova seçməsinin qonağı olacaq. Çoresku şəhərindəki "FMF Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qarşılaşmanın əsas referisi polşalı Damian Qrabovski olacaq. İkinci hakim funksiyasını onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək. Matçın üçüncü hakimi moldovalı Viktor Bugenko, UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
20:30. Moldova - Azərbaycan
Hakimlər: Damian Qrabovski, Dominik Tsipinski (Polşa), Viktor Bugenko (Moldova)
Çoresku, "FMF Arena".
Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan yığması 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun başçılıq etdiyi kollektiv bu gün qələbə qazanacağı halda final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər.
Qrupda IV turun ilk matçında Yunanıstanı 5:0 hesabı ilə məğlub etmiş Slovakiya 7 xalla 2-ci pillədə yer alıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.
Oxşar xəbərlər
Millimiz Moldovanı səfərdə də məğlub etdi - Avropa çempionatı
Millimizin oyununa təyinatlar - Avropa çempionatı
Millimiz Moldovaya qarşı - Avropa çempionatı
Azərbaycan-Moldova matçının hakimləri - Avropa çempionatı
Azərbaycan yığması mübarizəyə başlayır - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO














Misli Premyer Liqası