reklam
Oyunlar təxirə salındı -
Sportfm.az xəbər saytı

Oyunlar təxirə salındı -DÇ-2022


Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin mart ayına nəzərdə tutulan oyunlarını təxirə salıb.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bu ay keçirilməli olan oyunlarda iştirak edəcək Cənubi Amerika futbolçularını koronavirus səbəbindən vaxtında toplamaq mümkün olmayacaq. Avropanın bir sıra aparıcı klubları koronavirus pandemiyası səbəbindən tətbiq edilən səyahət məhdudiyyətlərinə görə futbolçularını milli komandalara buraxmaq istəmir. Bu səbəbdən yerli federasiyaların da istəyi ilə qarşılaşmaların təxirə salınması qərara alınıb.

Təxirə salınmış qarşılaşmaların nə vaxt keçiriləcəyi hələ müəyyənləşməyib. 

Oxşar xəbərlər

Rusiyada keçiriləcək dünya kuboku təxirə salındı - Koronavirusa görə
FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə saldı
Dünya çempionatı təxirə salındı
Konfederasiya kubokunun oyunları təxirə salındı
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər