reklam
Sportfm.az xəbər saytı

"Zirə"də kamerunlu futbolçu -Transfer


"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XVIII turunun "Sumqayıt"la səfər oyunundan (0:0) sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, bir müddətdir danışıq apardıqları kamerunlu vinger Luis Rodriq Bonqongi ilə anlaşma əldə olunub: "O artıq yoldadır. Bura gəldikdən sonra sifariş ediləcək. Bundan başqa da bir neçə futbolçu var ki, danışıq aparırıq".

Qeyd edək ki, Fransa "Sedan"ının yetirməsi olan 28 yaşlı hücumameylli yarımmüdafiəçi "Les Erbye" və "Paris" klublarının da formasını geyinib. O, həmçinin Xorvatiyanın "Slaven Belupo", Sloveniyanın "Tabor" və İsrailin "Hapoel" (Hadera) komandalarında da çıxış edib.

Oxşar xəbərlər

Matiya Azərbaycan klubunda - SON DƏQİQƏ
"Keşlə" yarımmüdafiəçi aldı - Müqavilə
Millinin üzvü "Zirə"də - 2,5 illik müqavilə
"Zirə"də yeni oyunçu - RƏSMİ
Azərbaycanlı futbolçu xaricdən vətənə döndü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər