reklam
Madrid
Sportfm.az xəbər saytı

Madrid "Real"ı İtaliyada qələbə qazandı -Çempionlar Liqası


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Sportfm.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

İspaniya "Real Madrid"i İtaliyada "Atalanta" ilə üz-üzə gəlib. Görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Remo Froyler 17-ci dəqiqədə qırmızı vərəqə alaraq qovulub. Matçdakı yeganə qola 86-cı dəqiqədə Ferlan Mendi imza atıb.

Digər matçda isə Almaniyanın "Borussiya" (Mönhenqladbax) və İngiltərənin "Mançester Siti" klubları qarşılaşıblar. Pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən oyunda "şəhərlilər" 2:0 hesablı qələbə qazanıb. Qolları 29-cu dəqiqədə Bernardu Silva və 65-ci dəqiqədə Qabriel Jezus vurub.

Bu komandalar arasında cavab matçları martın 17-də olacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

24:00. "Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1

Qol: Ferlan Mendi, 86

Qırmızı vərəqə: Remo Froyler ("Atalanta"), 17

24:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2

Qollar: Bernardu Silva, 29, Qabriel Jezus, 65

Oxşar xəbərlər

İngiltərə - İspaniya dueli - Çempionlar Liqası
1/8 finala yekun vuruldu - Çempionlar Liqası
"Real Madrid" və "Mançester Siti" 1/4 finalda - Çempionlar Liqası
Daha bir matçın yeri dəyişdirildi - Çempionlar Liqası
"Real" evdə, "Yuventus" səfərdə məğlub oldu - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər