AFFA "Qarabağ"ı cərmələdi -3000
AFFA-nın İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Premyer Liqanın 16-cı turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt” – “Qarabağ” oyununda qonaq komandanın futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunub.
"Keşlə” – “Zirə” oyununda matçın 61-ci dəqiqəsində qonaq komandanın futbolçusu Dmitrios Çantakias “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.
“Neftçi” – “Qəbələ” oyununda qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.
“Neftçi” – “Qəbələ” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Oxşar xəbərlər
İntizam Komitəsi qərarları - AFFA açıqladı
AFFA klubları cərimələdi - 800 manat
Hakimi təhqir edən futbolçuya ağır cəza - AFFA
I Divizion klublarının cəzası açıqlandı
AFFA klubları cərimələdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası