Millimizin heyəti açıqlandı -Avropa çempionatı
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova yığmasına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva siyahıya 18 oyunçu daxil edib. Onlardan 4-ü legionerdir.
Komanda fevralın 25-də Bakıda təlim-məşq toplanışına start verəcək. Ölkə xaricində çıxış edən futzalçılar toplanışa fevralın 28-dən qoşulacaqlar.
Dəvətlilərdən 8-i Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Fineo De Araujo, Hadi Ahmadi, Amir Şocayi “Araz-Naxçıvan”ı, Emin Kürdov və Tofiq Mikayılov və Samir Həmzəyev “Ekol”u, Oktay Rüstəmli və Cavad Məmmədov “Neftçi”ni təmsil edir.
Daha 4 futzalçı - Tiaqo Teles Martins (“FC Salines Tuzla”, Bosniya və Herseqovina), Eduardo Borges (ACCS FUTSAL, Fransa), Everton Kardozo (“Levante U.D.”, İspaniya), Rafael Vilela (“Palma Futsal”, İspaniya) legioner, Oliveyra Da Nasimento isə klubsuzdur.
Qeyd edək ki, Azərbaycan millisi martın 4-də Bakı İdman Sarayında Moldavanı qəbul edəcək. Komanda 5 gün sonra Çoreskuda eyni rəqiblə üz-üzə gələcək.
Oxşar xəbərlər
Yığmamızın yekun heyəti - Avropa çempionatı
Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti - SİYAHI
Futzal millisinin yoldaşlıq oyunları üçün heyəti - SİYAHI
Millimizin heyəti açıqlandı - Slovakiya və Yunanıstanla oyun üçün
Millimizin heyəti açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası