reklam
Cüdoçularımız son gündə medalsız qaldı -
Sportfm.az xəbər saytı

Cüdoçularımız son gündə medalsız qaldı -Böyük Dəbilqə


Azərbaycan cüdoçuları Məmmədəli Mehdiyev və Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqənin son günündə bürünc medal görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev Gürcüstan təmsilçisi Beka Gviniaşvili ilə üz-üzə gəlib. İpponla uduzan Mehdiyev medal şansını əldən verib və 5-ci olub.

100 kq-dakı Zelim Kotsoyev isə bürünc medal uğrunda rusiyalı Niiaz İliasovla qarşılaşıb. O da Mehdiyev kimi məğlub olub və turniri 5-ci pillədə başa vurub.

Bu gün tatamiyə çıxan cüdoçulardan +100 kq-da Uşangi Kokauri Ben Spiykersə (Niderland), Camal Feyziyev isə Serafim Kompanyesə (İsrail) məğlub olub.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Yığma ikinci günü medalsız başa vurub.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları 6 medal qqazandı - Açıq Avropa turniri
Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçularımız ikinci günü medalsız başa vurdu - Böyük Dəbilqə
Cüdoçularımızın ilk rəqibləri bilindi - Böyük Dəbilqə
Yığmamız Almaniyadan qızıl medalla dönür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər