"Qarabağ" qələbəyə daha iddialıdır" -"Neftçi"nin sabiq futbolçusu
"Hazırda Özbəkistanın "Soqdiana" komandasında çıxış edirəm. Hərdən canlı yayımda Azərbaycan Premyer Liqasının oyunlarını izləyirəm".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Bahodir Nasimov bu gün Premyer Liqada flaqmanla "Qarabağ" arasında keçiriləcək oyun barədə danışarkən deyib.
Özbəkistanlı hücumçu derbi öncəsi komandaların şanslarını dəyərləndirib. 34 yaşlı forvard Ağdam klubunun qələbəyə daha iddialı olduğunu bildirib: "Qarabağ" güclü komandadır. Heyətində yaxşı futbolçuları var, baxımlı oyun göstərirlər. Bu mənada onları daha şanslı hesab edirəm".
Təcrübəli futbolçu hazırda "Neftçi"nin əsas probleminin sırf hücumçu ilə bağlı olmadığını vurğulayıb: "Komandaya eyni zamanda yaxşı müdafiəçilər və Flavinyo kimi yarımmüdafiçi lazımdır. Çünki meydanda hər şeyi yalnız hücumçu həll etmir. Forvard 2 qol vurduğu halda, komandası 3 top buraxsa, bu, artıq yaxşı nəticə olmayacaq".
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.
Qeyd edək ki, 2010 - 2014-cü illərdə "Neftçi"nin formasını geyinmiş Bahodir Nasimov 2011/2012 mövsümündə 16 qolla çempionatın bombardiri olub. O, 2018-ci ildə "Keşlə"də də çıxış edib. (report)
Oxşar xəbərlər
"Neftçi" "Qarabağ"a qalib gələcək" - Mamadu Kane
"Qarabağ"ı dayandırmaq çox çətindir" - Branimir Subaşiç
Mövsümün son turu rəqəmlərin gözü ilə - STATİSTİKA
Topaz Premyer Liqasının IV turu rəqəmlərin gözü ilə
TPL-in 3-cü turu rəqəmlərin gözü ilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı














Misli Premyer Liqası