reklam
Daha bir oyunun yeri dəyişdirildi -
Sportfm.az xəbər saytı

Daha bir oyunun yeri dəyişdirildi -Avropa Liqası


İspaniyanın "Real Sosyedad" və İngiltərənin "Mançester Yunayted" klubları arasında UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu İtaliyada keçiriləcək.

Sportfm.az xəbər verir ki, fevralın 18-də oynanılmalı olan qarşılaşma Turindəki "Yuventus" stadionunda baş tutacaq.

İddiaya görə, İspaniya hökuməti İngiltərədə ortaya çıxan koronavirusun yeni növünün yayılma riskini nəzərə alaraq, "qırmızı şeytanlar"ın ölkəyə girişinə icazə verməyəcək.

Cavab matçının da neytral meydanda gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Avropa Liqasında 1/16 final mərhələsinin "Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya) matçının, həmçinin Çempionlar Liqasında 1/8 final mərhələsinin "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə), "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya) və "Borussiya" (Münhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) oyunlarının yeri dəyişdirilib.

Oxşar xəbərlər

1/8 finala yekun vurulacaq - Çempionlar Liqası
Pley-off mərhələsinin təqvimi bilindi - Çempionlar Liqası və Avropa Liqası
Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması olacaq
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər