reklam
Premyer Liqamızın bombardiri İran kublarının hədəfində
Sportfm.az xəbər saytı

Premyer Liqamızın bombardiri İran kublarının hədəfində


2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olmuş Peyman Babayi İranın iki məşhur klubunun diqqət mərkəzinə düşüb.

Sportfm.az xəbər verir ki, 27 yaşlı hücumçu ilə "İstiqlal" və "Persepolis" maraqlanır.

Hazırda "Maşın Sazi"nin uğurları üçün çalışan Babayinin Təbriz təmsilçisi "Traktor"la maliyyə şərtlərinə görə razılaşmadığı bildirilib. Cari mövsüm 6 dəfə fərqlənən forvard komandasının ən çox qol vuran oyunçusudur.

"İstiqlal" və "Persepolis" onu heyətinə qatmaq istəsə, "Maşın Sazi"yə ödəniş etməlidir.

Qeyd edək ki, 2019-cu ilin yanvarından 2020-ci ilin mayınadək "Sumqayıt"da icarə əsasında çıxış etmiş Peyman Babayi ötən mövsüm 7 qolla Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olub. (report)

Oxşar xəbərlər

“Sumqayıt”ın sabiq oyunçusu Təbriz klubunda
Sərtan və Peyman "Sumqayıt"dan getdi
"Traktor Sazi" Tehran klubuna qalib gəldi - VİDEO
"Sumqayıt" yeni transferini rəsmən açıqladı
Təbriz klubunun hücumçusu Azərbaycan Premyer Liqasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər