
Emrelidən 50-ci qol
Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınan “Qarabağ” – “Səbail” oyunu meydan sahiblərinin futbolçusu Mahir Emreli üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsinə iki qolla töhfə verən hücumçunun rəqib qapısından keçirdiyi ilk top yubiley xarakteri daşıyıb. Bu, forvardın Azərbaycan çempionatlarında 50-ci qolu olub.
Dünənki matçadək 49 dəfə fərqlənən Emreli ikinci qolu ilə bu rəqəmi 51-ə çatdırıb. O, bütün qollarını “Qarabağ”da vurub. Mahir Premyer Liqada 130 görüş keçirib. Millimizin üzvünün orta məhsuldarlığı 0,39-a bərabərdir.
İlk qolunu 2015/16 mövsümündə vuran hücumçu 2015-ci il avqustun 23-də AZAL-la səfər qarşılaşmasında (2:0) qol hesabını açıb. O, həmin çempionatı 7 qolla tamamlayıb. 2016/17 mövsümündə 3, 2017/18 mövsümündə 8, 2018/19 mövsümündə 16, 2019/20 mövsümündə 7 dəfə fərqlənən futbolçu cari çempionatda 10 dəfə rəqib qapısına yol tapıb.
Emreli Azərbaycan çempionatlarının 29 illik tarixində 50 və daha çox qol vuran 37-ci futbolçu olub. 51-ci dəfə fərqlənməklə Mehman Baxışov, Viktor İqbekoyi, Vüqar Qəmbərov və Yalçın Bağırovu keçən forvard, bombardirlər cədvəlində Həsən Abdullayevlə 32-33-cü yerləri bölüşür.
Siyahıya 183 qola malik Nazim Əliyev başçılıq edir.
Azərbaycan çempionatlarında 50 və daha çox qol vuranlar
- Nazim Əliyev – 183
- Müşfiq Hüseynov – 125
- Rövşən Əhmədov – 116
4-5. Qurban Qurbanov – 115
Samir Ələkbərov – 115 - Alay Bəhramov – 108
- Nadir Nəbiyev – 103
8-9. Xaqani Məmmədov – 102
Vadim Vasilyev – 102 - Kənan Kərimov – 101
- Musa Qurbanov – 94
- Fazil Pərvərov – 89
- Samir Musayev – 88
14-15. Fərrux İsmayılov – 85
İmamyar Süleymanov – 85 - Samir Əliyev – 84
- İsmayıl Məmmədov – 76
- İlham Məmmədov – 74
- Azər İsayev – 73
- Paşa Əliyev – 72
- Badri Kvaratsxeliya – 71
- Zaur Ramazanov – 70
- Yunis Hüseynov – 66
24-25. Mahir Əliyev – 65
Vidadi Rzayev – 65
26-29. Georgi Adamiya – 61
Mahmud Qurbanov – 61
Ramiz Məmmədov – 61
Rauf Əliyev – 61 - Rəşad Abdullayev – 58
- Vaqif Cavadov – 53
- Həsən Abdullayev – 51
Mahir Emreli – 51
34-37. Mehman Baxışov – 50
Viktor İqbekoyi – 50
Vüqar Qəmbərov – 50
Yalçın Bağırov – 50

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |