reklam
Nurlan İbrahimov
Sportfm.az xəbər saytı

Nurlan İbrahimov "Qarabağ" ilə vidalaşdı -15 ildən sonra


"Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Ağdam klubu ilə vidalaşıb.

Sportfm.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib.

İbrahimov 15 ildən sonra "Qarabağ"dan ayrıldığını yazıb: "15 illik “Qarabağ” macəram başa çatdı. Bu cümlənin ağırlığı həyatımın hardasa yarısı qədər olan zamanın 1 göz qırpımındakı çəkisinə bənzəyir. Amma hər başlanğıcın sonu qaçılmaz olur və mən də 15 il sonra geridə qalan illərin titrətdiyi barmaqlarımı bunu yazmağa məcbur etməliyəm. Həyatımın ən ağır mesajını yazmaq gücünü tapmaq, o sözlərin udğuntusunu ifadə etmək hər damlada yatan xatirələrin sızıntısı qədər təsvirolunmazdır".

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.

Oxşar xəbərlər

"Qarabağ" rəsmisi ilə bağlı qərar yenə təxirə salındı
"Qarabağ"da yeni mətbuat katibi - RƏSMİ
"Qarabağ"ın şikayəti təmin edilmədi - UEFA-dan rədd cavabı
"Bu vəzifə üçün yeni təyinat olmalıdır" - "Qarabağ" rəsmisi
UEFA Nurlan İbrahimovla bağlı qərarını verdi - 100 000 cərimə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər