• 12:55 Bazar ertəsi
    8 Mart 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"İlk məşqimiz adama yuxu kimi gəlirdi" - Yığmamızın qapıçısı

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi saytına müsahibə verib. 

Sportfm.az həmin müsahibəni təqdim edir.

- 11 aylıq fasilədən sonra milli ilk dəfə Bakı İdman Sarayında məşqə çıxdı. Özünüzü necə hiss edirdiniz?

- Əvvəlcə Vətən müharibəsində qazanılan qələbə münasibəti ilə hər birinizi təbrik edirəm. Fəxr edirəm ki, bizim federasiyanın da əməkdaşları bu qələbədə pay sahibi oldular. İlk məşqimizə gəldikdə, adama yuxu kimi gəlirdi: həm sevinc, həm də həyəcan var idi. Özümü fiziki cəhətdən hazır hesab edirəm. Çünki 1 aya yaxındır açıq havada fərdi məşqlər edirdim. Əlbəttə, bu dəqiqə parket üzərində əvvəlki komfortu hiss edə bilmirik. Meydançadakı hərəkətləri bir qədər yadırğamışıq. Yumşaqlığı hiss edə bilmirik, topla hərəkətdə çətinlik çəkirik. Çatışmazlıqlar tədricən düzələcək.

- Oyuna təxminən 10 gün vaxtınız qalıb. Bu müddət Avropa çempionatının seçmə mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyiniz qarşıdakı görüşlərə hazırlıq üçün kifayət edəcəkmi?

- Əvvəlki formamızı bərpa etmək baxımından kifayət etməyəcək. 11 ay parketdən uzaq qalmaq futzalçı üçün az müddət deyil. Amma çalışmalıyıq ki, bu oyunları itkisiz başa vuraq. Galo və Vilela İspaniya çempionatında mütəmadi oynayırlar. Qarşıdakı günlərdə hücum və müdafiədəki tapşırıqlar, eləcə də standart vəziyyətlərin yerinə yetirilməsi üzərində işləyəcəyik. Yəni, zala səhər girib axşam çıxmalıyıq. Mümkün qədər özümüzü oyuna hazırlamalıyıq.

- Həm Slovakiya, həm də Yunanıstan barədə hansı məlumatlara sahibsiniz?

- Slovakiya ilə bir-birimizi yaxından tanıyırıq, son iki beynəlxalq yarışda rəqib olmuşuq. 2019-cu ilin oktyabrında Bakıda onları 2:0 hesabı ilə məğlub etdik. Ötən il isə Xorvatiyada üz-üzə gəldik və görüş 3:3 hesablı heç-heçə ilə başa çatdı. Uzun müddətdir eyni taktika ilə oynayırlar. Yunanıstan millisi isə son illər inkişafdadır, ucaboy oyunçulara malikdir və onlar driblinq etməyi sevirlər. Əlbəttə, hər iki komandanın zəif tərəfləri var. Bunları baş məşqçimiz Joze Alesio Da Silva oyunlar ərəfəsində bizə deyəcək. Sadəcə, rəqiblərimizin indiki vəziyyətdə bizdən daha hazırlıqlı olduğunu düşünürəm. Çünki Yunanıstanda 19-cu və ya 20-ci turun oyunları keçirilir.

- Slovakiya da final mərhələsinə yüksəlmək baxımından qrupun iddialı komandasıdır. Yarışa belə bir rəqibə qarşı görüşlə başlamağın hansı çətinliyi ola bilər?

- Slovakiyada çempionat davam edir, oyun təcrübələri yerindədir. Bizdə isə pandemiya ilə əlaqədar çempionat ötən ilin martından dayandırılıb. Təcrübəmizin az olması çətinlik yarada bilər. Ancaq doğma meydanda oynadığımıza görə, mütləq qələbə qazanmalıyıq. Qələbə qazansaq, həm də komandada özünəinam artacaq və bu, bizə Yunanıstan səfərində çox kömək edəcək.

- Reytinq cədvəli də Azərbaycan yığmasını daha şanslı sayır...

- Hər iki oyun çox çətin keçəcək. Xüsusilə də Slovakiya ilə Bakıdakı qarşılaşma. Şanslar bərabərdir. Həm də uzun müddətdir parketdən uzaq düşdüyümüzə görə psixoloji baxımdan üzərimizdə təzyiq hiss edirik. Bu səbəbdən, rahat fikir bildirmək çətindir.

- Cəmi 2 ay əvvəl Yunanıstana “Araz”la səfəriniz ugursuz alınmışdı. Milli komanda vəziyyəti müsbətə doğru dəyişə biləcəkmi?

- Budəfəki qarşılaşma daha fərqli olacaq. “Araz” AEK-lə oyuna məhdud şəraitdə hazırlaşmışdı. Zalda məşq etməyimizə icazə verməmişdilər. Ancaq açıq havada, süni örtük üzərində məşq etmişdik. Bununla belə, oyunu heç-heçə başa vurmağı bacardıq və penaltilər seriyasında məğlub olduq. Bu dəfə onlara nəyə qadir olduğumuzu göstərəcəyik. Afinadan qələbə ilə dönməliyik.

скачать dle 10.4 UTF-8Forex для начинающих

19-01-2021
214
REKLAM
Etketlər
#Slovakiya, #qələbə, #Yunanıstan, #edirəm, #zərində, #qədər, #empionat, #bilmirik, #hansı, #oynayırlar, #parketdən, #oyunları, #baxımından, #ətinlik, #Əlbəttə, #qarşılaşma, #bilər, #Azərbaycan, #məğlub, #kifayət
DİGƏR XƏBƏRLƏR
4-09-2020
"Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq" - Xətai Bağırov
3-09-2020
"Qrupun favoriti Azərbaycandır" - Millimizin qapıçısı
2-09-2020
“Qrupdan və rəqiblərdən razıyam” -
“Qrupdan və rəqiblərdən razıyam” - Joze Alesio Da Silva
27-01-2020
“Komandam oyunlara 80 faiz hazırdır” -
“Komandam oyunlara 80 faiz hazırdır” - Joze Alesio Da Silva
26-01-2020
Yığmamızın braziliyalı
Yığmamızın braziliyalı "jokeri": "Görüşlərin hamısını heç-heçə ilə də başa vurmaq olar"
29-10-2019
“DÇ-2016-dakı uğurumuzu təkrarlamaq istəyirik” -
“DÇ-2016-dakı uğurumuzu təkrarlamaq istəyirik” - Zaur Axundov
25-10-2019
"Qorxduğum başıma gəldi" - Joze Alesio
17-04-2019
“Bu hissəni bir başqa oyun adlandırardım” -
“Bu hissəni bir başqa oyun adlandırardım” - Joze Alesio
13-12-2018
Rövşən Hüseynli:
Rövşən Hüseynli: "Biz qrupun aşkar favoriti hesab edilirik"
18-09-2018
"Bu oyun bizim üçün əla test olacaq” - millimizin baş məşqçisi
2-03-2018
Dani Kintana: Dincəlməyə kifayət qədər vaxtımız olur
Dani Kintana: Dincəlməyə kifayət qədər vaxtımız olur
1-02-2018
"Çox çətin oyun olacaq" - Joze Alesio da Silva
29-01-2018
"Onlar indi futzal tarixlərinin ən yaxşı komandasıdır" - Millimizin üzvü
6-12-2017
Qazaxıstan yığmasının baş məşqçisindən atmaca:
Qazaxıstan yığmasının baş məşqçisindən atmaca: Sizdə yüksək səviyyəli ölkə çempionatı yoxdur
16-11-2017
Joze Alesio Da Silva:
Joze Alesio Da Silva:"“Xəmsə”nin heyətində belə, bəyəndiyim futzalçı oldu"
  Xəbər Lenti
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 8.03.2021, 12:44
Braziliya Kubokunun qalibi məlum oldu 8.03.2021, 12:05
"Neftçi" qalib gələ biləcəkmi? - YENİLƏNİR 8.03.2021, 10:30
"Mançester Yunayted" derbidə qalib gəldi - Premyer Liqa 8.03.2021, 09:39
"Atletiko" - "Real Madrid" oyununda bərabərlik - La Liqa 7.03.2021, 21:45
Cüdoçularımız 2 medal qazandı - Böyük Dəbilqə 7.03.2021, 18:10
İlk 2 oyun FIFA referilərinə tapşırıldı - Azərbaycan Premyer Liqası 7.03.2021, 17:41
"Zirə" yeni müqavilə bağladı - RƏSMİ 7.03.2021, 16:17
Oyunlar təxirə salındı - DÇ-2022 7.03.2021, 13:44
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 17 33
2 Qarabağ 17 33
3 Zirə  17 28
4 Sumqayıt   17 23
5 Qəbələ 17 21
6 Səbail 17 16
7 Keşlə 17 15
8 Sabah 17 15
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
13-02-2021
"Bu, Samir Abasovun görmək istədiyi "Neftçi" deyil" - VİDEO
2-03-2021
Ulduzlar Liqası başlayır -
Ulduzlar Liqası başlayır - Yeni mövsüm
11-02-2021
"Tik-Tok" AVRO-2020-nin sponsoru oldu
10-02-2021
"Azərbaycan futbolunda hamı yaşa baxır" - Vaqif Cavadov
12-02-2021
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi -
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi - Formula 1
11-02-2021
“Sevilya” – “Barselona” 2:0 -
“Sevilya” – “Barselona” 2:0 - VİDEO
17-02-2021
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 14 32
2 Zaqatala 15 31
3 Neftçi-2 14 30
4 Sabah-2 14 29
5 Qarabağ-2 15 22
6 Kəpəz 13 16
7 Keşlə-2 14 11
8 Qaradağ Lökbatan 14 10
9 Sumqayıt-2  13 9
10 MOİK 14 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb