Kökçü ən istedadlı gənc futbolçuların sırasında -SİYAHI
UEFA Avropanın 50 ən istedadlı gənc futbolçusunun siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, siyahıda Azərbaycanın U-21 millisinin və "Sabah"ın yarımmüdafiəçisi Ozan Can Kökçünün qardaşı Orkun Kökçü də yer alıb.
Hazırda "Feyenoord"da çıxış edən 20 yaşlı yarımmüdafiəçi Niderlandın U-19 yığmasının üzvü olub. Rotterdam klubu ilə müqaviləsini 2025-ci ilədək uzadan oyunçu hazırda Türkiyənin əsas millisinə dəvət alır.
Onu da bildirək ki, siyahıda ən məşhur sima italiyalı Paolo Maldininin oğlu və Çezare Maldininin nəvəsi Daniel Maldinidir. "Milan" ın 19 yaşlı yarımmüdafiəçisi bu mövsüm Avropa Liqasında, keçən mövsüm isə İtaliya A Seriyasında debüt edib.
Qeyd edək ki, Orkun Kökçü 2018-ci ildən “Feyenoord”da çıxış edir.
Oxşar xəbərlər
Kökçü "Feyenoord"la müqavilə bağladı - FOTO
Azərbaycan millisini seçəcəyi deyilən futbolçu Türkiyə yığmasında
Milliləşdirmək istədiyimiz futbolçu yığma komanda seçimini etdi
Yığmamızın üzvü "Feyenoord"la müqavilə bağladı
"Fənərbaxça" AFFA-nın "gözü düşən" futbolçunu almaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası