Ronaldo "Qızıl Ayaq" mükafatına layiq görüldü
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldo "Golden Foot" (Qızıl Ayaq) mükafatına layiq görülüb.
Sportfm.az xəbər verir ki, 35 yaşlı hücumçunun mükafatı alacağı dekabrın 1-də elan edilsə də, koronavirus pandemiyası səbəbindən təqdimetmə gecikib.
"Golden Foot"u alanlar Monte Karlodakı Çempionlar Xiyabanında ayaq izlərini buraxırlar. Ronaldu açıqlamasında mükafatı almağın onun üçün şərəf olduğunu söyləyib: "Ayaq izlərimin böyük çempionların ayaq izlərinin yanında olmasına görə xoşbəxtəm. Mənə səs verən hər kəsə təşəkkür edirəm. Hər zaman əlimdən gələni etməyə və qol vurmağa çalışacağam".
Qeyd edək ki, "Golden Foot" 2003-cü ildən verilib. İlk mükafatçı Roberto Bacco olubsa, 2019-cu ildə Luka Modriç bu titula sahib çıxıb.
Oxşar xəbərlər
"Golden Boy" mükafatına namizədlər açıqlandı - SİYAHI
Həbib: "Mən ayaq üstə döyüşmək istəyirəm"
"Qızıl ayaq" mükafatının sahibi bilindi
“Qızıl ayaq” mükafatına namizəd 10 futbolçunun adı məlum olub
“Qızıl ayaq” mükafatının sahibi bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası